Türkiyədə 300-dən çox şübhəli saxlanılıb

İstanbul Bələdiyyəsi işçilərinə qarşı başlanmış istintaq çərçivəsində 323 şübhəli saxlanılıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Naziri Əli Yerlikaya sosial şəbəkə X-də məlumat yayıb.

“Bu axşam İstanbul bələdiyyəsi ilə bağlı aparılan əməliyyatlar zamanı 323 şübhəli saxlanılıb. Cəmiyyətin qayda-qanununu pozan hər hansı bir təşəbbüsə icazə verilməyəcək”, – deyə o yazıb.

Şəbnəm

Gununsesi.info