Türkiyədə 370 dərnəy BAĞLANDI

  • By admin
  • 14 Noyabr 2016 14:46

der

Türkiyədə 370 dərnəyin fəaliyyəti dayandırılıb.

Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, İstanbul Güngörəndəki “Cüməbazarı Yardımlaşma və Həmrəylik” dərnəyinin açılışında iştirak edən daxili işlər naziri Süleyman Soylu bildirib ki, bundan sonra söylənilən bəhanəyə məhəl qoyulmayacaq: “PKK-ya maddi dəstək verən hər hansı bir dövlət qulluqçusuna mərhəmət göstərilməyəcək. Hazırda yerli icra hakimiyyəti və milli təhlükəsizlik orqanıları, eləcə də jandarma qüvvətlərimiz bu işin araşdırmasına cəlb olunublar”.

Bugünə kimi 370 dərnəyin fəailiyyətinə son qoyduq.Vurduq qıfılı getdi. İndi açın görək necə açırsınız, bir görəlim deyə Süleyman Soylu sözlərinə əlavə edib.

Anar
Gununsesi.info