Türkiyənin baş naziri Binəli Yıldırım FETÖ ilə əlaqədar başlayan istintaq zamanı saxlanılanların sayını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, baş nazir bu barədə “TRT” kanalına verdiyi müsahibədə danışıb. B.Yıldırım bildirib ki, çevriliş cəhdinə dair aparılan istintaqlar çərçivəsində aralarında polis, əsgər, məhkəmə əməkdaşı, mülki idarə müdiri və mülki vətəndaşların olduğu 40 min 29 nəfər nəzarətə götürülüb.
Baş nazir onu da əlavə edib ki, bütün bu proseslər zamanı 20 min 355 nəfər barədə artıq həbs qərarı var. Dövlət müəssisələrində çalışan 79 min 900 nəfər öz vəzifəsindən istefa verib, 5 min 14 nəfər dövlət işçisi isə azad edilib.
Gununsesi.info