Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb – Ərdoğan

Türkiyənin fərqli bölgələrində baş verən meşə yanğınlarının səbəbinin öyrənilməsi ilə bağlı araşdırmalar davam edir. Burada hər hansı bir təxribatın olub-olmadığı ciddi şəkildə öyrənilir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

HTML tutorial

Dövlət başçısı diqqətə çatdırıb ki, yanğınların söndürülməsində helikopterlərdən istifadə olunur. Pilotsuz uçan aparatlar vasitəsilə yanğın nöqtələri izlənilir. 71 yanğından 57-si artıq nəzarət altına alınıb. Digər 14 nöqtədə yanğının lokallaşdırılması istiqamətində işlər davam edir.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda ölkə üzrə tətbiq olunan vaksinlərin sayı 72 milyonu ötüb. Türkiyə bu göstərici ilə pandemiyaya qarşı mübarizədə ön sıralardadır.