Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb

  • By admin
  • 18 İyul 2016 11:59

polis

 

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

 

Gununsesi.info-nun“Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

 

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

Gununsesi.info