FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində 84 min nəfər dövlət qulluqçusu sərəncama göndərilib“.
Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmenlə görüşündə bildirib.
Onun sözlərinə görə, 8 minə yaxın məmur isə dövlət qulluğundan xaric ediləcək: “FETÖ ilə yaxınlığı və ya əlaqələri olmayanlar öz vəzifələrinə qaytarılacaq”.
Gununsesi.info