Türkiyədə 98 hakim və prokuror işdən qovuldu

  • By admin
  • 20 Dekabr 2016 13:28

prokuror

Türkiyədə daha 98 hakim və prokuror ədliyyə sistemindən xaric edilib.

Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, Hakim və Prokurorlar Ali Şurası (HSYK) bununla bağlı qərar qəbul edib.

Onlar Fətulahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində sərəncama göndərilmişdilər.

Qeyd edək ki, bununla da Türkiyədə ədliyyə sistemindən xaric edilmiş hakim və prokurorların ümumi sayı 3 min 817 nəfərə çatdı.

Anar
Gununsesi.info