
Türkiyədə – Bursanın Kestel rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, idarəetmədən çıxan TIR qarşıda gedən maşınlara çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 9-u ağır olmaqla, 21 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və xilasetmə xidməti briqadaları cəlb edilib.
Bildirilib ki, TIR 15-20 maşını əzib. Faktla bağlı araşdırmalara başlanılıb.


Gununsesi.info