Türkiyədə Iğdır-Qars yolunda avtobusun iştirakı ilə baş verən qəza nəticəsində ölənlərin sayı 17-ə çatıb, daha 36 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, yaralananlar dərhal xəstəxanaya çatdırılıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtobus yol nişanına çırpılıb.
Qeyd olunur ki, avtobusda həmçinin Əfqanıstan və Pakistandan qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçən miqrantlar da olub.
Qeyd edək ki, bu ilin fevralında Türkiyədə 60 800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 343 nəfər ölüb.
Gununsesi.info