Türkiyədə avtobus Azərbaycandan gedən yük avtomobilinə çırpılıb: – 15 yaralı

  • By admin
  • 07 Sentyabr 2016 23:09

tir

 

Türkiyədə zəncirvari avtomobil qəzası baş verib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Habertürk” xəbər yayıb.

Məlumata görə, hadisə Ordu şəhərində, Ordu-Samasun şosesində, Ünyə rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobuslardanın biri əvvəlcə arxadan digər avtobusa çırpılıb. Həmin nəqliyyat vasitəsi isə öz növbəsində Azərbaycandan İstanbula gedən, 45 yaşlı sürücü Vasya Kozakeviçin idarə etdiyi yük avtomobilinə çırpılıb.

Baş vermiş zəncirvari qəzası zamanı 15 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları, xilasedicilər və polis cəlb edilib. Yaralılar Ünyə Dövlət Xəstəxanasına çatdırılıb. Avtobus sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info