Türkiyədə avtobus qəzasında ölənlərin sayı 23-ə çatıb – YENİLƏNİB

  • By admin
  • 13 May 2017 18:08

 marmaris

 

Türkiyənin Marmaris vilayətinində, Muğla-Antalya magistral yolunda turistlərlə dolu olan avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb. APA-nın məlumatına görə, bu barədə Muğlanın valisi Əmir Çiçək bildirib.

“Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən yaralılardan bir neçəsi də dünyasını dəyişib. Hazırda ölənlərin sayı 23-ə, yaralananların sayı isə 8-ə çatıb”, – deyə vali qeyd edib.

 

*** SAAT 14:30

 

Türkiyənin turizm mərkəzlərindən olan Muğla vilayəti ərazisində, Muğla-Marmaris avtomobil yolunda ağır qəza baş verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 20 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölənlər arasında xarici ölkə vətəndaşlarının olub-olmadığı hələlik məlum deyil.

Hadisə yerinə çoxlu sayda ambulans, yanğınsöndürənlər və xilasedicilər göndərilib.

 

 

Gununsesi.info