Türkiyədə avtobus toqquşub, 40 nəfər yaralanıb - FOTO

  • By admin
  • 27 May 2017 10:10

01

Türkiyənin Afyonkarahisar vilayətində dəhşətli yol qəzası baş verib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afyonkarahisar vilayətində eyni firmaya aid iki sərnişin avtobusu toqquşub.

Belə ki, qəza zamanı 40 nəfər sərnişin yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, yaralı dərhal Afyonkarahisar və Dinar vilayətindəki xəstəxanalara çatdırılıb.

Anar

Gununsesi.info