Türkiyədə avtomobil tunelində zəncirvari qəza: çox sayda yaralı var

  • By admin
  • 19 Mart 2022 20:55

Türkiyənin Bolu Dağı tunelində 18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Gununsesi.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 17 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis briqadaları cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Gununsesi.info