
Türkiyənin Kayseri şəhərinin Hacılar qəsəbəsində kanal açan su maşını yaşayış evinin üstünə aşıb.
Gününsəsi.org xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. İnsidentə maşının əyləc sisteminin xarab olması səbəb olub. Hadisə yerinə xeyli sayda təcili yardım, yanğınsöndürən maşınları və xilasedicilər göndərilib. Dağıntılar arasında insanların qalacağı istisna edilmir.
Qeyd edək ki, ölənlərdən 3-ü maşında olanlar, 1-i isə ev sakinidir.
Gününsəsi.org