Türkiyədə azərbaycanlı İŞİD-çi yaxalandı

  • By admin
  • 06 İyul 2018 10:13

Türkiyədə terrorçulara qarşı keçirilən əməliyyatda azərbaycanlı saxlanılıb.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yalova bölgəsində İŞİD qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 11 nəfər tutulub. Onlardan 1-i azərbaycanlı, 9-u Türkiyə, 1-i isə Misir vətəndaşıdır. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda qeyd edilir ki, saxlanılanlar təbliğat apararaq İŞİD-ə üzvlər cəlb etməyə çalışıblar.

Evlərdə axtarış zamanı çox sayda rəqəmsal materiallar, təşkilati proqramlar ələ keçirilib.