Türkiyədə azərbaycanlı qadının meyiti TAPILDI

Türkiyədə azərbaycanlı qadının meyiti tapılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı Məfkurə Hüseynova mayın 2-də su nəqliyyatı (vapur) ilə hərəkət edərkən bir müddət sonra yoxa çıxıb.

Kadıköy-Beşiktaş marşrutu ilə hərəkət edən gəminin son dayanacağında oturacağın üzərində Məfkurə Hüseynovaya aid çanta olduğu müəyyən edilib.

Axtarışlardan sonra qadının meyiti Haydarpaşa sahillərində aşkarlanıb.

Gununsesi.info