Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən bir il ötür

  • By admin
  • 06 Fevral 2024 11:28

Türkiyənin müxtəlif şəhərlərində 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdə həyatını itirənlərin xatirəsini yad etmək üçün mərasimlər keçirilib.

Gununsesi.info bildirir ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib.

Zəlzələnin episentri Kahramanmaraş vilayətində olub.

Dağıdıcı zəlzələ Suriya, Livan, KKTC, yunan Kipri və İraq da daxil olmaqla qonşu ölkələrdə də hiss olunub.

Kahramanmaraşla yanaşı, Hatay, Osmaniye, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığ vilayətlərində də ciddi dağıntı və itkilər qeydə alınıb.

Zəlzələdə ölənlərin sayı 53 537 nəfər olub, 107 213 nəfər xəsarət alıb.

Axtarış və xilasetmə işlərinə kömək etmək üçün 93 ölkədən ekipajlar gəlib.

Bütün ölkə ərazisində 7 günlük milli matəm elan edilib. Zəlzələdən zərər çəkən bölgədə fövqəladə vəziyyət elan edilib.

Ümumilikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 650 min nəfər, o cümlədən xaricdən gələn 11 488 nəfər, axtarış-xilasetmə əməliyyatlarının 35 250 nəfəri və 142 min təhlükəsizlik qüvvəsi cəlb olunub.

350 çadır şəhərciyində 645 min çadır, 414 konteyner şəhərində 215 224 konteyner quraşdırılıb.

Gununsesi.info