
Türkiyə səfirliyi ölkədə baş verənlərlə bağlı bəyanat yayıb. Gununsesi.info xəbər verir ki, bəyantda Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhd kimi dəyərləndirilib: “Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir. Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilmişdir”.