
Türkiyədə son 1 həftə ərzində aparılan əməliyyatlar nəticəsində 28 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Belə ki, məhv edilən terrorçuların hamısı PKK Terror Təşkilatının üzvləri olublar.
Məlumata görə, avqustun 7-dən 14-dək aparılan əməliyyatlar zamanı PKK üzvü olan 28 terrorçu məhv edilib, 14-ü təslim olub, biri sağ olmaqla, ümumilikdə 43-ü isə tutulub. Bundan başqa, terrorçulara məxsus 15 mağara dağıdılıb, xeyli miqdarda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, terrorçuların məhv edilməsi üzrə əməliyyatlar Mardin, Şırnak, Tunceli, Muş, Hakkari və Diyarbəkirdə aparılıb.
Anar
Gununsesi.info