Türkiyədə bir həftədə 58 terrorçu məhv edilib

  • By admin
  • 18 Avqust 2017 11:28

05

Türkiyədə terrorla mübarizə çərçivəsində keçirilən əməliyyatlarda son bir həftə ərzində 58 PKK terrorçusu zərərsizləşdirilib.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahı məlumat yayıb.

Belə ki, Şırnak, Hakkari, Kato dağ və Yüksəkovada keçirilən antiterror əməliyyatları zamanı 8 sığınacaq, mağara və anbar dağıdılıb.

Qeyd edək ki, PKK-ya qarşı keçirilən əməliyyat zamanı 7 hərbçi şəhid olub, 12-i isə yaralanıb.

Anar

Gununsesi.info