BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti artıq inkar edilə və ya gecikdirilə bilməz.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Sedat Önal BMT Baş Assambleyasının BMT Təhlükəsizlik Şurasında islahatlar mövzusuna həsr olunmuş sessiyasında deyib.
Türkiyənin daimi nümayəndəsinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında əsasən Fələstinlə bağlı baxılan hadisələr islahatlara ehtiyacın bariz göstəricisi olub.
“Struktur iflicinin fonunda BMT Təhlükəsizlik Şurası Fələstində atəşkəsə nail ola bilmədi və Fələstin xalqının anlatıla bilməyən iztirablarını yüngülləşdirə bilmədi”, – Önal qeyd edib.
“İslahat prosesi BMT Təhlükəsizlik Şurasının mövcud çatışmazlıqlarını aradan qaldırmalıdır. Bu, səmərəlilik və səriştə hədəfləri ilə bərabər bərabərlik və demokratik təmsilçilik məqsədlərinə də nail olunmasını təmin edəcək şəkildə həyata keçirilməlidir”, – deyə Türkiyənin Daimi Nümayəndəsi əlavə edib.
Gununsesi.info