Türkiyədə növbəti terror: - İCRA BAŞÇISI YARALANDI

  • By admin
  • 10 Noyabr 2016 14:52

turkiya-5

Türkiyənin Mardin Derik rayonunda partlayış baş verib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu saatlarda Türkiyənin Mardin Derik icra hakimiyyətinin binasına bombalı hücum təşkil edilib.

Hazırda hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürən maşınları və polis cəlb edilib.

İlkin məlumata görə, partlayış zamanı ikisi polis olmaqla, daha iki nəfər mülki vətəndaş yaralanıb. Yaralananlar arasında Mardin Derik icra hakimiyyətinin başçı Muhammed Fatih Safitürk də var.

Yaralılar dərhal xəstəxanaya aparılıb.

Anar

Gununsesi.info