Türkiyədə BU BÖLGƏLƏR fəlakət zonası elan edildi

Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr “Ümumi həyata təsir edən fəlakət bölgəsi” elan edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tvitter hesabında paylaşım edib.

HTML tutorial

Onun sözlərinə görə, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçekiz və Seyidkəmər rayonları, Mersinin Aydınçik və Silivke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan edilib.

“Millətimizin yaralarını sarımaq, zərərini qarşılamaq, imkanlarını əvvəlkindən də yaxşı vəziyyətə gətirmək üçün lazımi bütün addımları atmağa davam edəcəyik”, – deyə tvitdə qeyd olunub

Gununsesi.info