Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

  • By admin
  • 03 Avqust 2020 21:10

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 41 301 şübhəli koronavirus testindən keçib, onlardan 995-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 580 nəfər olub, 1003  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə indiyədək ümumilikdə 233 851 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub,  onlardan 5747 nəfəri ölüb.

 

 

Gununsesi.info