Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb.
Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, Kemal Kılıçdaroğlu 44,99 faiz, Sinan Oğan isə 5,21 faiz səs toplayıb.
08:45
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 98,06 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə öndədir.
Gununsesi.info xəbər verir ki, ikinci yerdə 45 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,24 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Gununsesi.info