Türkiyədə “ByLock” əməliyyatı - 40 polis həbs edilib

  • By admin
  • 06 Fevral 2017 16:12

anar-turkiya

Türkiyənin Adana Respublika Prokurorluğu tərəfindən Adana Polis Departamentində yanvarın 19-da aparılan əməliyyat zamanı saxlanılmış 40 nəfər polis əməkdaşının işi ilə bağlı təhqiqat başa çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 40 nəfər polis əməkdaşı həbs olunub.

Belə ki, polislər “ByLock” proqramından istifadə etməkdə təqsirli biliniblər.

Qeyd edək ki, “ByLock” proqramı vasitəsi ilə FETÖ-çular öz aralarında əlaqə saxlayırlar.

Anar
Gununsesi.info