Türkiyənin ROKETSAN müdafiə sənayesi şirkəti yeni nəsil “Çakır” raketininin təqdimatını keçirib.
Gununsesi.info xəbər verir ki, həm quru, həm hava, həm də dəniz platformalarından buraxıla bilən “Çakır” 150 kilometr uçuş məsafəsinə malikdir.
3,2 metr uzunluğunda və 300 kiloqram ağırlıqdda olan raket Türkiyənin yerli istehsal turbo mühərriki ilə təchiz olunacaq.
“Çakır” raketinin yaxın zamanlarda kütləvi istehsalına başlayandan sonra Türkiyə Hərbi-Dəniz Qüvvələrinə təhvil veriləcəyi bildirilib.
Gununsesi.info