Türkiyədə çevriliş baş tutsaydı prezident bu şəxs olardı

  • By admin
  • 10 Avqust 2016 11:46

prezident

 

Türkiyədə hərbi çevriliş cəhdi baş tutacağı halda, həmin vaxt Türkiyə Ali Hərbi Şurasının üzvü olan Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk prezident olacaqmış.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, prokurorluq orqanlarının apardığı istintaq zamanı üzə çıxıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hərbi çevriliş cəhdi baş verən gün – iyulun 15-də TRT telekanalında bəyanatı oxunan “Yurdda Sülh Şurası”nın sadəcə adı olub.

İstintaqın hazırkı mərhələsində “Yurdda Sülh Şurası”nın üzvlərinin konkret kimlərdən ibarət olduğu barədə hər hansı məlumat əldə edilməyib.

Çevriliş planını isə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarın kəskin müqavimət göstərməsi pozub.

İstintaqın gəldiyi nəticəyə görə, H. Akar razılıq verərdisə, hərbi çevriliş baş tutacağı təqdirdə onun Baş Qərargah rəisi kimi vəzifəsinin icrasını davam etdirməsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Yaşar Gülərin yerinə isə general Mehmet Dişlinin gətirilməsi nəzərdə tutulubmuş.

Gununsesi.info