Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi dəqiqləşib.
Gununsesi.info-nun “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün ana müxalifət partiyasının parlamentdə 116 millət vəkilinin iştirak etdiyi qapalı qrup toplantısında millət vəkili Muharrem İncenin CHP-nin prezidentliyə namizəd olması barədə qərar qəbul edilib.
Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.
Gununsesi.info