
Türkiyədə koronavirusa ikinci yoluxma halı müəyyən edilib.
Gununsesi.org bildirir ki, Sondakika.com-un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
“Dünən axşam verilən testin nəticəsi məyusedici müsbət nəticəni verdi. Bir xəstəmiz də var”, – deyə nazir bildirib.
O, lazımi tədbirlər görüldüyünü və birlikdə problemin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd edib.