“Türkiyədə COVID-19 infeksiyasından indiyədək 3584 nəfər ölüb” - FƏXRƏDDİN QOCA

  • By admin
  • 06 May 2020 20:35

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 64 nəfər ölüb.

Gununsesi.org-un xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 30 303 şübhəli koronavirus testindən keçib, onlardan 2253-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3584 nəfər ölüb, 131 744 nəfər bu infeksiyaya yoluxub, 78 202 nəfəri isə müalicə olunub. Bu gün 4917 xəstə evə buraxılıb.

 

 

 

Gununsesi.org