Türkiyədə dağılan binalara görə 269 nəfər həbs edilib

Zəlzələlər nəticəsində dağılan və inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalar zamanı 1068 şübhəli şəxs müəyyən edilib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 269-u həbs edilib, 320 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

HTML tutorial

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Gununsesi.info