Türkiyədə daha 129 koronavirus xəstəsi vəfat edib

  • By admin
  • 02 Yanvar 2022 20:47

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 129 nəfər dünyasını dəyişib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

HTML tutorial

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 362 min 836 nəfərin test edildiyi, 33 min 520 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 min 161 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

 

Gununsesi.info