Türkiyədə daha bir futbol hakimi döyülüb. Gununsesi.info-nun məlumatına görə, hadisə həvəskarlar liqasında baş verib.
“Kumçatıspor” – “Cizrə Diclespor” matçında meydan sahiblərinin oyunçuları hakimə hücum edib. Onlar yan xətt hakimi Veysəl Samsakın üzünə zərbələr endirib və onun hakimin burnu qırılıb. Klubun azarkeşləri isə rəqib futbolçuları döyüblər. Həmçinin “Cizre Diclespor”un avtobusuna hücum çəkiblər.