“Cümhuriyet” qəzetinin baş direktoru da həbs olundu

  • By admin
  • 11 Noyabr 2016 15:07

turk

Türkiyənin “Cümhuriyet” qəzetinin icra qurumunun rəhbəri Akın Atalay saxlanılıb.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, İstanbul şəhər prokurorluğu mətbuat cinayətləri bürosu tərfindən haqqında həbs qərarı çıxarılan “Cümhuriyet” qəzetinin icra qurumunun rəhbəri Akın Atalay bu gün Berlindən Türkiyəyə qayıdarkənm Atatürk Hava Limanında saxlanılıb. Hazırda saxlanılan Akın Atalayın ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, sözügedən qəzetin əməkdaşları “FETÖ və PKK terror təşkilatlarına üzv olmamaqla yanaşı, onların adından istifadə edib qanunları pozmaq” iddiası ilə saxlanılıblar.
Anar

Gununsesi.info