
Türkiyənin Mardin şəhərində növbəti terror aktı törədilib.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, terror nəticəsində Kızıltepe-Viranşehir avtomobil yolunda zirehli polis avtobilinin keçidi zamanı baş verib.
PKK terrorçularının yolda yerləşdirdikləri partlayıcının işə salınması nəticəsində 3 polis əməkdaşı şəhid olub.
Terrorçular zərərsizləşdirmək üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Partlayış yerində xüsusi təyinatlılar axtarış əməliyyat tədbirlərini davam etdirir.
Gununsesi.info