Türkiyədə “dar bölgə” və ya “daraldılmış bölgə” seçki sisteminə keçilə bilər - MİLLƏT VƏKİLLƏRİNİN SAYININ ARTDIĞINA GÖRƏ

  • By admin
  • 15 İyun 2017 20:30

turkiye-bay

Xəbər verildiyi kimi, 16 aprel referendumundan sonra Türkiyədə millət vəkillərinin sayı 550-dən 600-a qaldırılıb.

Bu isə seçkilərlə bağlı qanunlarda yeni dəyişikliklərin edilməsi zərurəti yaradıb.

Gununsesi.info-nun Türkiyə mediasına görə, bu məsələni AKP genəl başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarından birində gündəmə daşıyıb.

O, deyib ki, seçki qanunvericiliyinə bu yöndə dəyişikliklər edilməsi mütləq və qaçılmazdır.

Onun sözlərinə görə, Türkiyədə artıq “dar bölgə” seçim sisteminə və ya “daraldılmış bölgə” seçim sisteminə keçidi nəzərdə tutan tələblərin, müddəaların seçki qanunvericliyində əksini tapması yolları düşünülməli və bu məsələ reallaşdırılmalıdır.

Qeyd edək ki, bu məsələ ilə bağlı ekspertlər belə iddialar səsləndirirlər ki, əgər “dar bölgə” seçim sisteminə keçilərsə, o zaman HDP-nin İstanbul və Mərsindən millət vəkili çıxarması mümkün olmayacaq.

Eyni zamanda, bu halı MHP-də yaşaya bilər. Yəni, bu sistemə keçilərsə, MHP-nin də İstanbuldan millət vəkili çıxarması zorlaşa bilər.

KAMİL

Gununsesi.info