Türkiyədə dilənçi qadın cərimələndi -Foto

  • By ilhame
  • 24 İyul 2024 22:31

Türkiyənin Çorum vilayətində polis dilənçi qadının bank hesabından 191 min TL (təxminən 10.000 AZN) pul tapıb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

 

Qeyd olunub ki, Şənyurt 9-cu küçədə M.D. adlı qadın polis qrupları tərəfindən saxlanılıb.

 

Axtarış zamanı qadının üzərində təxminən 100 TL, bank hesabında isə 191 min TL olduğu müəyyən edilib.

 

Dilənçiyə “Qeyri-qanuni əməllər haqqında” qanun çərçivəsində inzibati cərimə kəsilib.

Gununsesi.info