Yeni ilin ilk saatlarında “Reina” gecə klubunda baş verən terror türk lirəsinə də təsirsiz ötüşməyib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücumdan sonra lirənin dollar qarşısında məzənnəsi 3.5350 olub.
Belə ki, Mərkəzi Bank 2016-cı ili 3.5250 səviyyəsində bağlamışdı.
Xatırladaq ki, “Reina” gecə klubundakı terror zamanı 35 nəfər ölüb, 69 nəfər yaralanıb.
Gununsesi.info












