Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 50 min nəfər həbs olunub

  • By admin
  • 07 İyul 2017 17:30

turkiye-bay

Türkiyədə ötən ilin 15 iyulundan indiyədək dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir. 

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazirin sözlərinə görə, ötən müddətdə  8 069 nəfər istintaqdan yayınıb.

B.Bozdağ qeyd edib ki, 50 504 nəfər hazırda həbsdədir.

Gununsesi.info