“Türkiyədə edam cəzası bərpa edilərsə, bu ölkə AB perspektivinin xaricində qalacaq” - ANTONİO TAJANİ

  • By admin
  • 18 Aprel 2017 23:40

antonio_tajani

Türkiyənin üzünə qapıları bağlamaq Avropanın öz qapısına qol vurması deməkdir.

Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani Türkiyədəki son siyasi durum haqqında danışarkən deyib.

Diplomat bildirib ki, Türkiyədə edam cəzası bərpa edilərsə, bu ölkə AB perspektivinin xaricində qalacaq:

“Biz Ərdoğan əleyhdarları ilə tərəfdarları arasında vasitəçi olmalıyıq. Türkiyə AB-nin həmfikri olaraq qalmalıdır”.

Qeyd edək ki, konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumdan sonra AP-nin Türkiyə üzrə nümayəndəsi bu ölkənin AB-yə qatılmayacağını bəyan etmişdi.

Gununsesi.info