Türkiyənin Diyarbəkir bölgəsində Yaxın Şərqdə ən böyük erməni kilsəsi olan Surp Giragos kilsəsinin açılışı olub.
Gununsesi.info-nun xəbərinə görə, açılış və ilk xidmətdə iştirak etmək üçün müxtəlif şəhər və ölkələrdə yaşayan çoxlu erməni Diyarbəkirdə olub.
Sur rayonunda münaqişələrin baş verdiyi məhəllələrin sərhəddində yerləşən bu tarixi kilsə də münaqişə dövründə bölgədəki bir çox tarixi tikililər kimi böyük ziyan görüb.
Altı ildir davam edən abadlıq işləri başa çatıb və köhnə dar yan küçələri olan yaşayış massivi artıq ticarət zonası kimi fəaliyyət göstərəcək.
Elmar
Gununsesi.info