Türkiyədə ev alan azərbaycanlıların sayı getdikcə artır

  • By admin
  • 23 Noyabr 2016 19:27

ev-turkiya

Türkiyədə ev alan xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqda yer alıb. Cari ilin oktyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 mənzil alıblar.

Gununsesi.info bildirir verir ki, Reportun Türkiyə Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ev alışında əvvəlki ayla müqayisədə 13,5% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, yanvar-oktyabr ayları ərzində ümumilikdə azərbaycanlılar 507 mənzil alıblar.

Qeyd edək ki, Türkiyədə xaricilərə oktyabrda 1 578, yanvar-oktyabr ayları ərzində isə 14 934 ev satılıb. Oktyabrda ən çox ev alan xaricilər siyahısında birinci yerdə İraq vətəndaşları (257 mənzil) qərarlaşıb. Cəmi yanvar-oktyabr ayları ərzində isə iraqlılar 2 507 ev alıblar. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (oktyabrda – 159, yanvar-oktyabrda – 1 446) və Küveyt (oktyabrda – 135, yanvar-oktyabrda – 1 379) vətəndaşları qərarlaşıb.

Gununsesi.info