
Türkiyənin Bursa şəhərinin Nilufər mahalında boya zavodlarından birində yanğın baş verib.
Axar.az xəbər verir ki, yanğının söndürülməsi əməliyyatı davam edir. Hadisə yerinə çox sayda yanğınsöndürən maşınları cəlb edilib.
Yanğın zamanı həlak olan və ya yaralananlar barədə məlumat verilməyib.
Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.
Gununsesi.info