Türkiyədə fabrikdə baş vermiş partlayışa görə 3 nəfər haqqında həbs qərarı çıxarılıb

  • By admin
  • 04 İyul 2020 21:11

Türkiyənin Sakarya vilayətindəki pirotexnika istehsalı fabrikində baş vermiş partlayışa görə 3 nəfər haqqında tutulma qərarı çıxarılıb.

Gununsesi.org-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə qərar Sakarya Cumhuriyyət Prokurorluğu tərəfindən verilib.

Qeyd edək ki, iyulun 3-də Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib. Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub. Partlayış nəticəsində 4 nəfər ölüb, 114 nəfər yaralanıb.

 

 

Gununsesi.org