
Türkiyənin Nazirlər Kabineti PKK-ya qarşı keçirilən əməliyyatlarla əlaqədar Diyarbəkirin Licə və Hani rayonlarına bağlı 13 kənddində fövqəladə vəziyyət elan edib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb sakinlərin təhlükəsizliyinin təmin olunmasıdır. Türkiyənin Diyarbəkir vilayətinin valiliyi insanların təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saat 05:00-dən etibarən, sakinlərə küçəyə çıxmağın qadağan edildiyini bildirib.
Buna baxmayaraq 13 kənddə fövqəladə vəziyyət rejiminin nə zamanı ortadan qaldırılacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat verilmir.
Anar
Gununsesi.info