Türkiyədə gəmi alovlara büründü: Onlarla zərərçəkən var - VİDEO/FOTOLAR

Mərmərə dənizində, Tekirdağ sahillərində (Türkiyə) gəmidə yanğın baş verib. Bundan sonra yanan gəmi sahilə yan alıb, göyərtədə olanlar təxliyə ediliblər.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində tüstüdən təsirlənən 30 nəfərə ilkin tibbi yardım göstərilib.

HTML tutorial

Yanğın artıq söndürülüb. Hadisə nəticəsində gəmiyə və içərisindəki avtomobillərə külli miqdarda ziyan dəyib.