Türkiyədə gənc qız bələdiyyə sədri seçildi

  • By Mina
  • 01 Aprel 2024 15:08

22 yaşlı Zeynep Çelik Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gələrək ölkənin ən gənc qadın bələdiyyə sədri olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda, müstəqil namizədin Çanaqqalada Yenice bölgəsinə daxil olan Kalkımın bələdiyyə sədri seçildiyi bildirilib.

Məlumata görə, o, Yenicedə tanınmış iş adamı Mehmet Çelikin qızıdır.

Gununsesi.info