
Ərzurum Təhlükəsizlik İdarəsinin əməkdaşları səhər saatlarında Xalqların Demokratik Partiyası (HDP) və Demokratik Regionlar Partiyasına (DBP) qarşı əməliyyat keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “HDP” və “DBP” Ərzurum Köprüköy rayonunda yerləşən binasında təhlükəsizlik idarəsinin əməkdaşları axtarış aparıblar.
Belə ki, aparılan əməliyyat nəticəsində Kürdüstan Fəhlə Partiyasına (PKK) aid xeyli sayda təşkilati sənədlər ələ keçirilib.
Bundan başqa Ərzurum Təhlükəsizlik İdarəsinin əməkdaşları Xalqların Demokratik Partiyasının və Demokratik Regionlar Partiyasının rayon rəhbərini nəzarətə götürüblər.
Anar
Gununsesi.info