Türkiyədə GÜCLÜ PARTLAYIŞ - FOTOLAR

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakal rayonunda evdə baş verən partlayış nəticəsində ən azı 4 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

HTML tutorial

Bildirilir ki, polisin ilkin versiyasına görə, partlayış sexlərin yerləşdiyi altı mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Partlayış dalğasından binadakı tavanlar qismən uçub, qonşu evlərdə pəncərələr sınıb, küçədə dayanan avtomobillərə ziyan dəyib. Hadisə yeri əhatəyə alınıb, araşdırma aparılır.

Gununsesi.info